Şəkidə 13 yaşlı məktəbli oğlan intihar edib

Şəkidə 13 yaşlı məktəbli oğlan intihar edib
# 22 fevral 2012 17:17 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Şəkidə 13 yaşlı məktəbli oğlan intihar edib.

Bu barədə Şəki-Zaqatala bürosuna Şəki rayonu Oxud kənd sakinləri məlumat verib. Sakinlər bildirib ki, Oxud kənd sakini 1999-cu il təvəllüdlü İlyasov Ramazan İftixar oğlu özünü ötən gün axşam saatlarında yaşadığı evin həyətyanı sahəsində tikilən mal tövləsində asaraq intihar edib.

Şəki Rayon İcra Hakimiyyətinin Oxud kənd üzrə icra nümayəndəsi Oruc Əhmədov APA-ya verdiyi açıqlamasında 13 yaşlı məktəblinin intihar etməsi faktını təsdiqləyib.

Faktla bağlı Şəki Rayon Prokurorluğu tərəfindən araşdırma aparılsa da, hadisənin təfərrüatları barəsində məlumat almaq mümkün olmayıb.

Qeyd edək ki, fevral ayı ərzində Oxud kəndidə ikinci intihar hadisəsidir. Fevralın 2-də isə Oxud kənd sakini iki uşaq anası 42 yaşlı Nüşabə Şirinova yaşadığı evin çardağından özünü asaraq intihar edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR