Azərbaycanda “İdman ili”nə dair tədbirlər planı yaxın günlərdə təsdiq olunacaq

Azərbaycanda “İdman ili”nə dair tədbirlər planı yaxın günlərdə təsdiq olunacaq
# 23 fevral 2012 10:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda “İdman ili”nə dair tədbirlər planı yaxın günlərdə təsdiq olunacaq. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib. O deyib ki, “İdman ili” ilə bağlı təkliflər paketinin layihəsi hazırlanıb və Azərbaycan Nazirlər Kabinetinə təqdim olunub. Tədbirlər planında müxtəlif beynəlxalq yarışlar, Azərbaycanda keçirilməsi gözlənilən qadınlar arasında dünya futbol çempionatı, Bakıda keçiriləcək konfranslar və təlimlər, London Olimpiya Oyunlarına hazırlıq və Azərbaycanın orada iştirakı ilə bağlı təkliflər öz əksini tapıb. Nazir “İdman ili”nin Azərbaycanda çox maraqlı keçəcəyinə inandığını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR