Dünyanın iki nəhəng avtomobil şirkəti birləşməklə bağlı danışıqlar aparır

Dünyanın iki nəhəng avtomobil şirkəti birləşməklə bağlı danışıqlar aparır
# 24 fevral 2012 10:19 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın “General Motors” və Fransanın “PSA Peugeot Citroen” avtomobil şirkətləri birləşməklə bağlı danışıqlar aparır. “APA-Economics”in xəbərinə görə, bu barədə “PSA Peugeot Citroen” şirkəti açıqlama yayıb.

Bu açıqlamadan sonra Fransa şirkətinin səhmləri 17% bahalaşıb. Ekspertlərin fikrincə, “General Motors”un bu addımı atmasına səbəb istehsal etdiyi “Opel” və “Vauxhall” markalı avtomobillərin özünü doğrultmamasıdır.

Qeyd edək ki, “PSA Peugeot Citroen” korporasiyası avtomobil satışının həcminə görə yalnız Almaniyanın “Volkswagen AG” şirkətindən geri qalır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR