Azərbaycan və Qırğızıstan arasında altı sənəd imzalanıb

Azərbaycan və Qırğızıstan arasında altı sənəd imzalanıb
# 30 mart 2012 10:01 (UTC +04:00)
APA-nın məlumatına görə, ilk olaraq Azərbaycan prezidenti İlham Əliyev və Qırğız Respublikasının prezidenti Almazbek Atambayev “Azərbaycan Respublikası Prezidentinin və Qırğız Respublikası Prezidentinin Birgə Bəyanatı”nı imzalayıblar.

Bunun ardınca isə digər sənədlərin imzalanması olub.

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Qırğız Respublikasının Narkotiklərə Nəzarət üzrə Dövlət Xidməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Qırğızıstanın Narkotiklərə Nəzarət üzrə Dövlət Xidmətinin sədri Vitali Orozaliyev, “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Azərbaycan Respublikasının Dünya Ticarət Təşkilatına qəbul olunması üzrə Protokol”u Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev, “Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə riayət edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev, “Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev, “Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş”i isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev imzalayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR