Dövlət büdcəsindən kino sahəsinə 7 milyon manat ayrılıb

Dövlət büdcəsindən kino sahəsinə 7 milyon manat ayrılıb
# 21 fevral 2012 14:57 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanda 2012-ci il üçün dövlət büdcəsindən kino sahəsinə 7 milyon manat vəsait ayrılıb. Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin müdiri Cahangir Məmmədov APA-ya açıqlamasında bildirib ki, kino sahəsinə ayrılan builki büdcə ötənilki ilə eynidir.

Şöbə müdirinin sözlərinə görə, 2012-ci ildə bir neçə bədii və sənədli filmlərin istehsalı nəzərdə tutulur. Bədii filmlər arasında “Qorxma mən səninləyəm-2”, “Ən adi soyad”, “Dolu”, “Sübhün səfiri”, “Dərvişin ölümü”, “Çölçü”, “Ehram TV”, “Mən evimə qayıdıram”, “Qisas almadan ölmə” və digər ekran işləri var. C. Məmmədov bildirib ki, “Mahmud və Məryəm” filminin çəkilişlərinin nə vaxt başlayacağı hələ məlum deyil. Bu film Azərbaycan və Türkiyənin birgə istehsalı olacaq.

Bu il ərzində fransızlarla birlikdə “Aleksandr Düma”, almanlarla bərabər “Caz və muğam” sənədli filmlərinin çəkilişi planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR