Avropa Məhkəməsi Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi sanksiyanı ləğv edib
24 may 2012 03:50 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Avropa Məhkəməsi Avropa Birliyinin (AB) İrana qarşı tətbiq etdiyi sanksiyanı ləğv edib. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran Prezidenti yanında Beynəlxalq Hüquqi İşlər Mərkəzinin rəhbəri Məcid Cəfərzadə deyib. Onun sözlərinə görə, Avropa Məhkəməsi İranın neft şirkətlərinə sanksiya tətbiq olunması barədə AB-nin qərarını ləğv edərək, Avropa Komissiyasının iddiaçı tərəfin xərclərini ödəməsi barədə hökm çıxarıb.
Qeyd edək ki, AB-yə üzv ölkələrin xarici işlər nazirlərinin bu il yanvarın 23-də Brüsseldə keçirilən toplantısında İrandan neft idxalına iyulun 1-dən etibarən sanksiya tətbiq olunması barədə qərar çıxarılıb.

Asiya
Netanyahu: "İsrail özünü sona qədər müdafiə etməyə hazırdır"
00:50
6 may 2024
İndoneziyada 6,2 bal gücündə zəlzələ olub
00:20
6 may 2024
Türkiyənin XİN başçısı: “Qəzzada eskalasiya yeni münaqişələrə səbəb ola bilər”
21:32
5 may 2024
İsrail polisi Əl-Cəzirə telekanalının ofislərində reyd keçirir
19:54
5 may 2024