YAP Gənclər Birliyi Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirib - FOTO

YAP Gənclər Birliyi Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirib - <font color=red>FOTO</font>
# 14 iyun 2012 10:20 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi “Universal Gənclik” adlı layihəsi çərçivəsində Milli Qurtuluş Günü nə həsr edilən mühazirə keçirib.

APA-nın məlumatına görə, tədbirdə YAP-nin sədr müavini, icra katibi Əli Əhmədov mühazirə ilə çıxış edib. O, 1993-cü ilin 15 iyun gününün Azərbaycan xalqının və Azərbaycan Respublikasının tarixinə Milli Qurtuluş günü kimi daxil olduğunu deyib və qeyd edib ki, bu gün onun fəlsəfəsini dərindən dərk edən, özünü millət, vətən adına məsuliyyətli hesab edən hər bir gənc üçün çox əzizdir. Ə. Əhmədov deyib ki, 15 iyun əsl qurtuluş tarixi Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan daim xalqına arxalanan və xalqa arxa olan bir insan Heydər Əliyevdir.

Ə. Əhmədov 1991-1993-cü illər ərzində Azərbaycana rəhbərlik edən qüvvələrin səriştəsizliyindən torpaqların işğala məruz qaldığını da deyib: “Həmin illərdə əhali ərzaq qıtlığı ilə üzləşib, minlərlə soydaşımız vətənindən didərgin düşüb, hətta böhran vətəndaş müharibəsinə qədər yüksələ bilib. 1993-cü ilin iyun ayında isə hökumət böhranı ən acınacaqlı həddə çatıb. Bu anda isə xalqı qırğından, səfalətdən, vətən torpaqlarını təhlükədən xilas etmək gücündə olan bir insan - xalqın ümid yeri olan Heydər Əliyev xalqına və dövlətinə sahib çıxıb. Öz uzaqgörən və dahiyanə siyasəti ilə xalqımızı və dövlətimizi düşdüyü ağır durumdan xilas edib. Məhz buna görə xalqımız Heydər Əliyevin 15 iyun tarixində hakimiyyətə qayıdışını Milli Qurtuluş günü kimi qeyd edir”.

Mühazirədən sonra YAP Gənclər Birliyinin üzvləri “Milli Qurtuluş Günü” ilə bağlı Milli Parkda “flashmob” keçirib. Xüsusi geyimdə olan gənclərin üzərində 15 iyun “Milli Qurtuluş Günü” yazılmış böyük şarı səmaya buraxıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR