Havaların soyuması Bakı Beynəlxalq Avtovağzalının fəaliyyətinə təsir etməyib

Havaların soyuması Bakı Beynəlxalq Avtovağzalının fəaliyyətinə təsir etməyib
# 08 fevral 2012 08:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Sərt hava şəraiti Bakı Beynəlxalq Avtovağzalının fəaliyyətinə təsir etməyib.

Avtovağzaldan «APA-Economics»ə verilən məlumata görə, hazırda avtobus reyslərinin yerinə yetirilməsində heç bir problem müşahidə olunmur: «Avtovağzaldan avtobuslar həm daxili, həm də xarici şəhərlər istiqamətində reyslər yerinə yetir. Hava şəraiti avtovağzalın fəaliyyətinə təsir etməyib. Avtobuslar sərnişinlərlə dolduqca reyslər yerinə yetirilir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR