Berluskoninin həbs cəzası bir ilə qədər endiriləcək

Berluskoninin həbs cəzası bir ilə qədər endiriləcək
# 26 oktyabr 2012 23:44 (UTC +04:00)
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Berluskoniyə 5 il ərzində dövlət strukturlarında vəzifə tutması qadağan olunub. Bu barədə Milan məhkəməsinin qərarında deyilir.

Qeyd edək ki, bir qədər əvvəl Berluskoni sahibi olduğu “Mediaset” media şirkətində maliyyə fırıldaqçılığında günahkar bilinərək 4 il həbs cəzasına məhkum edilmişdi.
Milan məhkəməsinin “Mediaset” şirkəti ABŞ filmlərini yayımlamaq üçün lazım olan hüququ xaricdəki şirkətlərin vasitəçiliyi ilə əldə edib və vergidən yayınmaq üçün ödəmələr barədə yalan məlumat təqdim edib. Nəticədə 3 min filmlə bağlı vergidən yayınma nəticəsində 250 milyon avro gəlir əldə olunub. Bu pulları sabiq baş nazir siyasi və şəxsi məqsədləri üçün sərf edib.
Berluskoni məhkəmənin qərarını ədalətsiz və “siyasi sifariş” adlandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR