Azərbaycanda avtomobil su kanalına aşıb, üç nəfər ölüb, bir nəfər xəsarət alıb

Azərbaycanda avtomobil su kanalına aşıb, üç nəfər ölüb, bir nəfər xəsarət alıb
# 10 sentyabr 2012 08:48 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə gecə saat 00.01 radələrində Hacıqabul rayonunun Abdulabad kəndi ərazisində qeydə alınıb.

Sabirabad rayonunun Qəzli kənd sakini 1967-ci il təvəllüdlü Mehrəli Baxşəli oğlu Zülfüqarov idarə etdiyi VAZ -2106 markalı maşınla hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə maşın qoruyucu bəndi aşaraq su kanalına yuvarlanıb. Hadisə zamanı sürücü və avtomobildəki sərnişinlər, Qəzli kəndinin sakinləri - 1962-ci il təvəllüdlü Ələsgər Məhəmməd oğlu Nuriyev və onun oğlu 2007-ci il təvəllüdlü İzzət Nuriyev hadisə yerində ölüblər.Ələsgər Nuriyevin həyat yoldaşı, 1970-ci il təvəllüdlü Gülnar Abbasəli qızı Nuriyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı BDYP istintaq və təhqiqat idarəsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR