Azərbaycanda nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,3% artıb, sərnişindaşıma tarifləri isə 1,2% azalıb

Azərbaycanda nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,3% artıb, sərnişindaşıma tarifləri isə 1,2% azalıb
# 07 noyabr 2012 14:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda bu ilin oktyabr ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,3% artıb, sərnişindaşıma tarifləri isə 1,2% azalıb. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 1,3% azalıb, yerli əlaqə üzrə 72,9%, idxal üzrə 8,0%, tranzit üzrə isə 2,7% artıb.

Dəniz nəqliyyatı vasitəsilə MDB ölkələrinə yükdaşıma tarifləri sabit qalıb, digər xarici ölkələrə isə 7,7% azalıb.

Hava nəqliyyatında xarici ölkələrə sərnişindaşıma tarifləri 3,1%, MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri isə uyğun olaraq 0,1% və 7,7% azalıb.

Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,3% azalıb.

Statistika Komitəsinin məlumatına əsasən, telekommunikasiya sahəsində internet tarifləri 4,7% azalıb, mobil telefon rabitəsi üzrə isə 0,3% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR