Ötən il Bakıda uşaqlara qarşı 184 cinayət faktı törədilib

Ötən il Bakıda uşaqlara qarşı 184 cinayət faktı törədilib
# 16 aprel 2012 09:17 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi Hüseyn Əliyev bildirib. Onun sözlərinə görə, bu hadisələrin 44-ü döyülmə, 21-i 16 yaşına çatmayan şəxslə cinsi əlaqəyə girmə (yaxud seksual zorakılıq hərəkətləri), 34-ü yol-nəqliyyat hadisəsi, 14-ü xuliqanlıq, 10-u qəsdən sağlamlığa ziyan vurmadır.

H. Əliyev deyib ki, 2012-ci ilin ilk 3 ayında uşaqlara qarşı törədilən cinayətlərin sayı 33-dür. H . Əliyev uşaqların sosial şəbəkələrdə fəaliyyəti barədə danışaraq bildirib ki, sosial şəbəkələrdə pornoqrafik materiallara baxmaq nəticəsində onların bir qismi insan alverinin qurbanına çevrilirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR