Məlahət İbrahimqızı NATO seminarında iştirak edəcək

Məlahət İbrahimqızı NATO seminarında iştirak edəcək
# 09 aprel 2012 12:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisinin deputatı Məlahət İbrahimqızı aprelin 10-dan Fransanın Marsel şəhərində səfərdə olacaq. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Deputat Marseldə NATO Parlament Assambleyasının 79-cu “Rouz-Rout” seminarında iştirak edəcək. Tədbirdə müsəlman cəmiyyətləri, şəriət qanunları və demokratiya, Yaxın Şərq, Şimali Afrika və Fars Körfəzi ölkələrində təhlükəsizlik məsələləri və başqa mövzularda müzakirə aparılacaq. Səfər aprelin 15-də başa çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR