Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları ərazilərdə Qurban bayramı ilə əlaqədar tədbirlər keçirilib

Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları ərazilərdə Qurban bayramı ilə əlaqədar tədbirlər keçirilib
# 26 oktyabr 2012 15:00 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları ərazilərdə Qurban bayramı ilə əlaqədar tədbirlər keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirlər Borçalı İctimai Cəmiyyəti və Fransa-Türk Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli azərbaycanlıların kompakt məskunlaşdığı ərazilərdə Qurban bayramı münasibətilə tədbirlər keçirildiyini, kəsilən qurbanların imkansız ailələrə paylandığını deyib: “Qaraçöp, Qarayazı, Dmanisi, Bolnisi və Marneuli bölgələrində qurbanlar kəsilib. Bu gün bayramı Msxeta rayonunun azərbaycanlılar yaşayan kəndlərində yekunlaşdıracağıq. Tədbirlərin maliyyə dəstəyini Fransa-Türkiyə Federasiyası həyata keçirir. Biz gələn il də Gürcüstanda soydaşlarımız yaşayan bölgələrdə Qurban bayramı tədbirlərində geniş şəkildə iştirak etmək niyyətindəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR