Lənkəranın bir neçə yaşayış məntəqəsinə qazın verilişi dayandırılacaq

Lənkəranın bir neçə yaşayış məntəqəsinə qazın verilişi dayandırılacaq
# 23 oktyabr 2012 23:49 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Oktyabrın 24-də Lənkəran rayonunda təbii qazın verilişində məhdudiyyətlər tətbiq olunacaq. Rayon Qaz İstismar Sahəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, qaz xətlərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar saat 10.00 radələrindən saat 18.00-dək Liman şəhəri, Şağlaser, Xarxatan, Cil, Separadi və Vilvan kəndlərinə mavi yanacağın verilişi dayandırılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR