Balakəndə tikintidə baş verən bədbəxt hadisə nəticəsində Cəlilabad sakini dünyasını dəyişib

Balakəndə tikintidə baş verən bədbəxt hadisə nəticəsində Cəlilabad sakini dünyasını dəyişib
# 26 iyun 2012 07:05 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Cəlilabad rayon sakini Balakəndə baş verən bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon hüquq-mühafizə orqanlarından məlumat verilib. Bədbəxt hadisə Balakən şəhərində yeni tikiləcək mədəniyyət evinin bünövrəsində aparılan iş zamanı baş verib. Fəhlə, 1995-ci il təvəllüdlü, Cəlilabad rayonu Şabanlı kənd sakini Şabiyev Orxan Balayar oğlunu iş yerində elektrik cərəyanı vurub. Orxan Şabiyev hadisə yerində ölüb. Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR