Ali hərbi məktəblərin boş qalan yerlərinə müsabiqə keçiriliəcək

Ali hərbi məktəblərin boş qalan yerlərinə müsabiqə keçiriliəcək
# 27 iyul 2012 11:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Müdafiə Nazirliyinin rəsmi müraciətinə əsasən, 2012/2013-cü tədris ili üçün Azərbaycan Ali Hərbi Məktəblərinin boş (vakant) yerlərinə qəbul olunması üçün müsabiqə keçirəcək. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müsabiqə Azərbaycan bölməsində mülki ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanlarında 200 və daha yüksək bal toplamış 19 yaşınadək oğlan abituriyentləri üçün keçiriləcək.

Ali hərbi məktəblərə qəbul olmaq arzusunda olan namizədlər iyulun 27-dən avqustun 4-dək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yaradılmış Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR