Venesuela və İran prezidentləri arasında görüş keçirilib

Venesuela və İran prezidentləri arasında görüş keçirilib
# 23 iyun 2012 10:06 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran prezidenti Mahmud Əhmədinejad Latın Amerikasına səfəri çərçivəsində Venesuela prezidenti Uqo Çaves ilə görüşüb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, görüşdə iki ölkə arasında münasibətlər, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

M. Əhmədinejad bildirib ki, hər iki dövlət və millət imperialist ölkələrə qarşı dimdik dayanıb: “İmperialist dövlətlər qarşısında müqavimət göstərən Venesuela ilə dostluq İran millətinin qürurudur. Müstəqil və azadlıq tərəfdarı olan millətlərə təzyiq etmək üçün səfərbər olan imperialist ölkələr bu təzyiqlərdən özləri zərər görəcəklər. Çünki zəfər azadlıq tərəfdarı olan millətlərə aiddir və imperialist dövlətlərin çöküşü dünya səviyyəsində məlumdur”.

Uqo Çaves isə öz növbəsində Venesuela dövləti və millətinin hər zaman İrana dəstək verdiyini deyərək, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR