Nursultan Nazarbayev: “Qazaxıstan İranın sülhməramlı nüvə fəaliyyətini dəstəkləyir”

Nursultan Nazarbayev: “Qazaxıstan İranın sülhməramlı nüvə fəaliyyətini dəstəkləyir”
# 12 sentyabr 2012 22:49 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Qazaxıstan İranın sülhməramlı nüvə fəaliyyətini dəstəkləyir”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşündə bildirib. N. Nazarbayev həmçinin deyib ki, İran-Türkmənistan və Qazaxıstan ortaq dəmir yolu layihəsinin tamamlanması zəruridir.
Qeyd edək ki, Ə. Salehi Astana şəhərində keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQFETM) təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Qazaxıstanda səfərdədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR