İranda iki nəfər əhalinin gözü qarşısında edam olunub

İranda iki nəfər əhalinin gözü qarşısında edam olunub
# 29 iyun 2012 01:21 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranda iki nəfər əhalinin gözü qarşısında edam olunub. APA-nın məlumatına görə, edam iyunun 28-də səhər saatlarında Tehran vilayətinə bağlı olan Robatkərim şəhərinin mərkəzi meydanlarından birində həyata keçirilib. 31 yaşlı Əlirza Qurbanpur təcavüzdə günahlandırılaraq ötən ilin avqust ayında Tehran Məhkəməsinin 75-ci şöbəsi tərəfindən 22 il həbs və edam cəzasına məhkum edilib.
Adı açıqlanmayan digər məhbus isə narkotik maddələrin qaçaqmalçılığında ittiham olunub. Belə ki, dara çəkilmiş məhbus Tehran yaxınlığındakı İslamşəhr və Robatkərim şəhərlərinə 2 ton narkotik maddəni qaçaq yolu ilə gətirərkən həbs olunub. Nəticədə Tehran İnqilab Məhkəməsi onun barəsində edam hökmü çıxarıb.
Bundan əlavə, Məhəmməd adlı şəxs qətldə günahlandırılaraq Tehran Məhkəməsinin 74-cü şöbəsi tərəfindən edam cəzasına məhkum olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR