Ötən ay Azərbaycanda 121 nəfər qidadan zəhərlənib

Ötən ay Azərbaycanda 121 nəfər qidadan zəhərlənib
# 29 oktyabr 2012 11:13 (UTC +04:00)
Bu barədə APA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib. Məlumata görə, bu qərarlar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərinin pozulması, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulların istehsalına görə qəbul olunub.

Ötən ay orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1051, mikrobioloji göstəricilərinə görə 1047, toksikoloji göstəricilərinə görə 422, radioloji göstəricilərinə görə 14 yeyinti məhsulu laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 15-də orqanoleptik və fiziki-kimyəvi, 13-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.

Şadlıq evlərindən 2829 yaxma nümunəsi, 68 soyuq qəlyanaltı nümunəsi götürülüb, 56 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.

Sentyabr ayı ərzində əhali arasında 101 qida zəhərlənməsi hadisəsi baş verib, 121 nəfər zərərçəkən olub. O cümlədən 4 botulizm hadisəsi baş verib, 5 nəfər zərərçəkən olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR