Azərbaycan Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərginləşib

Azərbaycan Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərginləşib
# 10 may 2012 06:38 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Ordusunun bölmələri mayın 9-da saat 10.15-dən 10.45-dək, 14.55-dən 15.35-dək, 15.05-dən 15.48-dək və 17.30-dan 18.35-dək intensiv olaraq Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Mososqerx və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Əlibəyli və Qaralar kəndlərində yerləşən mövqeləri, saat 22.30-dan 22.40-dək Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri, saat 10.30-dan 10.40-dək və mayın 10-da 00.20-dən 00.25-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 00.30-dan 00.35-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən və saat 02.00-dan 02.10-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR