Kürdəmirdə 19 yaşlı narkotik alverçisi həbs edilib

Kürdəmirdə 19 yaşlı narkotik alverçisi həbs edilib
# 23 oktyabr 2012 21:15 (UTC +04:00)
Kürdəmir. Elvin Yaqubov-APA. Kürdəmir rayonunda narkotik vasitə olan marixuananın qanunsuz satışı və saxlanılması ilə məşğul olan şəxs tutulub. APA-nın məlumatına görə polis əməkdaşları Kürdəmir sakini 1993-cü il təvəllüdlü İmaməliyev Vüsal Qasım oğlunu həmyerlisi 1989-cu il təvəllüdlü Nərimanov Ramal Məmməd oğluna çəkisi 1.30 qram olan qurudulmuş marixuana satarkən tutublar. Vüsal İmaməliyevin yaşadığı evə baxış keçirilərkən oradan daha 6.07 qram marixuana aşkar edilib. V.İmaməliyev tutularaq istintaqa təhvil verilib və barəsində Kürdəmir rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR