Göygöl rayonunda ölümlə nəticələnən yol qəzası baş verib

Göygöl rayonunda ölümlə nəticələnən yol qəzası baş verib
# 17 mart 2012 09:40 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Martın 16-da saat 22.30 radələrində Göygöl rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən xəbərinə görə, Quşqara kəndi ərazisində Gəncə şəhər sakini Orxan Bağırov "VAZ-2107" markalı avtomaşını idarə edərkən yolu keçən 35-40 yaşlı kişini vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş həmin kişi orada ölüb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR