Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
# 02 aprel 2012 07:31 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Azərbaycanın Gəncə şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gün səhər saatlarında Gəncə şəhəri Atatürk və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində qeydə alınıb. 1973-cü il təvəllüdlü Şahvələd Əliyevin idarə etdiyi “VAZ 2106” markalı, 10-NE-139 dövlət nömrə nişanlı avtomobil işıqforun qırmızı işığında hərəkət edərək qarşı hərəkət zolağına çıxıb. İşıqforun yaşıl işığında hərəkət edən, Gəncə şəhər sakini Arzu Kərimovun idarə etdiyi “VAZ- 21099” markalı, 10-LB-799 dövlət nömrə nişanlı avtomobil yol-hərəkət qaydalarını pozan avtomobili vurub. Həmin maşın da öz hərəkəti istiqamətində irəliləyən Asif İsayevin idarə etdiyi “VAZ-2106” markalı, 52-BE-235 dövlət nömrə nişanlı abtomobilə çırpılaraq aşıb. Qəza nəticəsində üç nəfər - “VAZ 2106” markalı avtomobilin sürücüsü Şahvələd Əliyev, sərnişini Kəlbəcər sakini Əbülfəz Əliyev və digər “VAZ 2106” markalı 52-BE-235 nömrəli avtomobilin sürücü Asif İsayev müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili tibbi yardım xəstəxanasına yerləşdiriliblər. Faktla əlaqədar araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR