Beyləqan rayon sakinindən külli miqdarda narkotik vasitə götürülüb

Beyləqan rayon sakinindən külli miqdarda narkotik vasitə götürülüb
# 13 fevral 2012 09:32 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakı polisi külli miqdarda narkotik vasitəni dövriyyədən çıxarıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Buzovna qəsəbəsində Lənkəran rayon sakini Elnur Allahverdiyevdən 3 kiloqramdan artıq narkotik vasitə olan həşiş və soyuq silah aşkar edilərək götürülüb.

Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində H.Mirzəyev küçəsində yaşayan Beyləqan rayon sakini Nizami Qarayevdən 1,5 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR