Əhməd Vahidi: “İranın ən müasir texnologiyalarla təchiz edilmiş pilotsuz təyyarələri var”

Əhməd Vahidi: “İranın ən müasir texnologiyalarla təchiz edilmiş pilotsuz təyyarələri var”
# 29 oktyabr 2012 08:07 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Hazırda İranın ən müasir texnologiyalarla təchiz edilmiş pilotsuz təyyarələri var”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın müdafiə naziri, general-polkovnik Əhməd Vahidi bildirib.

Onun sözlərinə görə, İsrail səmasında uçan və düşmənləri heyrətə salan “Hizbullah”ın göndərdiyi “Eyub” adı verilmiş pilotsuz təyyarələr İranın bu sahədəki ən son texnologiyası deyil: “Hazırda əlimizdə bundan da üstün pilotsuz təyyarələr mövcuddur”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR