«Azər-Türk Bank» son bir ildə istehlak kreditləşməsini 26% artırıb

«Azər-Türk Bank» son bir ildə istehlak kreditləşməsini 26% artırıb
# 24 oktyabr 2012 12:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azər-Türk Bank» ASC-nin kredit portfelinin həcmi 2012-ci il oktyabrın 1-nə 46,976 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 21% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın 12 ayadək verdiyi kreditlər 37% artaraq 7,323 mln. manat, 12 aydan artıq müddətə verilən kreditlər 18,6% artaraq 39,653 mln. manat, istehlak kreditlərinin həcmi 26% artaraq 21,684 mln. manat, vaxtı keçmiş kreditlər 47,2% artaraq 3,341 mln. manat, Azərbaycan İpoteka Fondunun xətti ilə verilən kreditlər 7,7% azalaraq 0,816 mln. manat olub.

Bu müddət ərzində bankın depozit portfeli 13% azalaraq 31,045 mln. manat, o cümlədən müddətli depozitlər 21% azalaraq 15,166 mln. manat, tələb olunanadək depozitlər 3,6% azalaraq 15,879 mln. manat, əhalidən cəlb edilmiş əmanətlərin həcmi isə 8,6% artaraq 15,276 mln. manata çatıb.

Xatırladaq ki, «Azər-Türk Bank» 1995-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda Türkiyənin «Ziraat Bankası» (46%), «Ziraat Bank İnternational AG» (4%) və Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatı (46%), «Turanbank» ASC (4%) çıxış edir. Hazırda bankın ölkə üzrə 4 filialı, 7 bankomatı və 52 POS-terminalı var. Cari ilin oktyabrın 1-nə bankın 27 511 müştərisi, 2 831 aktiv plastik kartı və 130 işçisi mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR