Atəş Sultanovun “Səlib yürüşü davam edir” adlı kitabı çapdan çıxıb - FOTO

Atəş Sultanovun “Səlib yürüşü davam edir” adlı kitabı çapdan çıxıb - <font color=red>FOTO</font>
# 17 aprel 2012 07:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Keçmiş telejurnalist Atəş Sultanovun “Səlib yürüşü davam edir” adlı kitabı çapdan çıxıb. APA-nın məlumatına görə, kitabda 1992-ci ilin fevralında Bakıda və Ağdamda baş verən xaos və müəmmalı hadisələr, xəyanət və satqınlığın izləri barədə söhbət açılır. Əsərdə bədii obraz olan jurnalistin şahidliyi ilə Xocalı faciəsi ərəfəsində ölkənin ictimai-siyasi həyatını iflic edən kabus axtarışı aparılır. Bədii-faktoloji əsərdə o zamankı iqtidarın və müxalifətin siyasəti, müsahibələr və faktlar, Qarabağ münaqişəsinin ilk illərində Qərbin və Rusiyanın tutduğu mövqe yer alıb. Bütün bu olaylar türklərə qarşı qlobal ideoloji müharibəni izah edən tarixi səyahətlə müşayiət olunur, Konstantinopolun fəthindən sonra şiddətlənən türkün tarixinə və fiziki varlığına qarşı səlib yürüşünün səbəbləri göstərilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR