Əfqanıstanda 2 ABŞ hərbçisi həlak olub

Əfqanıstanda 2 ABŞ hərbçisi həlak olub
# 06 oktyabr 2012 22:51 (UTC +04:00)
Bakı-APA. Əfqanıstanın şərqində iki amerikalı hərbçi həlak olub. Bu barədə Əfqanıstandakı ABŞ qoşunlarının mətbuat xidməti məlumat yayıb.

Hərbçilər silahlıların hücumu nəticəsində həlak olublar. Hadisənin baş verdiyi rayon barədə məlumat verilmir.

İlin əvvəlindən Əfqanıstanda artıq 296 amerikalı hərbçi həlak olub. 2001-ci ildə «Sarsılmaz azadlıq» əməliyyatı başlanandan bu ölkədə 2 mindən artıq ABŞ hərbçisi qətlə yetirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR