Ukrayna və Azərbaycan arasında aviareyslərin marşrutları artırıla bilər

Ukrayna və Azərbaycan arasında aviareyslərin marşrutları artırıla bilər
# 04 aprel 2012 13:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ukrayna ilə Azərbaycan arasında hava nəqliyyatı ilə sərnişin daşınması prosesi daha aktivləşdirilə bilər. «APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan Ukraynanın xarici işlər nazirinin müavini Viktor Mayko bildirib.

«Ümid edirəm ki, Ukraynanın «Aerosvit» və Azərbaycanın AZAL aviaşirkətləri ölkələr arasında mövcud marşrutlar üzrə yerinə yetirilən aviareyslərin sayını artıraraq, heç olmasa gündə iki dəfəyə çatdıracaqlar», - deyə V.Mayko vurğulayıb.

Qeyd edək ki, hazırda Bakı-Kiyev marşrutu ilə həftə 4 gün uçuşlar yerinə yetirilir və bunun ikisi «Aerosvit», digər iki reys isə AZAL aviaşirkəti tərəfindən həyata keçirilir. Bundan başqa, «Aerosvit» şirkəti Bakı-Donetsk marşrutu üzrə aviareyslər yerinə yetirir.

V.Mayko həmçinin bu yay Ukraynada keçiriləcək futbol üzrə Avropa çempionatı ərəfəsində yarışın keçiriləcəyi digər iki şəhərə – Xarkov və Lvova Bakıdan aviareyslərin açılması məsələsinə də baxmağı hər iki aviaşirkətə tövsiyə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR