Ermənistanda keçirilən parlament seçkilərində Serj Sarkisyanın partiyasının qalib gəldiyi açıqlanıb

Ermənistanda keçirilən parlament seçkilərində Serj Sarkisyanın partiyasının qalib gəldiyi açıqlanıb
# 07 may 2012 08:40 (UTC +04:00)
APA-nın xəbərinə görə, 1982 seçki məntəqəsindən 1791-nin nəticələrinə əsasən Respublika Partiyası 44,2% səs toplayıb. İkinci sırada 30,32%-lə “Çiçəklənən Ermənistan” Partiyası gəlir. Müxalifətin geniş koalisiyasını özündə birləşdirən Erməni Milli Konqresinə 7,2% səs yazılıb. Daşnaklar 5,66% səs alıb.

Qeyd edək ki, proporsional sistem üzrə parlamentə keçə bilmək üçün minimum 7% səs tələb olunur.

Səsvermənin gedişini ATƏT missiyasının tərkibində 350 beynəlxalq müşahidəçi izləyib. Onların öz ilkin rəylərinin bu gün açıqlayacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR