Azərbaycanda ali məktəblərə sənəd qəbulu bu gün başa çatır

Azərbaycanda ali məktəblərə sənəd qəbulu bu gün başa çatır
# 16 may 2012 07:57 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, ali məktəblərə aprelin 10-dan başlayan sənəd qəbulu bu gün axsam saat 00.00-da yekunlaşacaq. Bu gündən abituriyentlər “Elektron ərizə”lərini müvafiq Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiqlətməyə başlayacaqlar. Ərizələrin təsdiqi mayın 18-də, saat 17.00-da başa çatacaq.

E. Nağızadə deyib ki, bu gün saat 10.30-a olan məlumata görə, ali məktəblərə sənəd verən abituriyentlərdən 98222 nəfəri öz “Elketron ərizə”lərini təsdiqləyib. Onlardan 87914 nəfəri Azərbaycan, 10308 nəfəri isə rus bölməsinin məzunudur. I ixtisas qrupu üzrə 32460, II ixtisas qrupu üzrə 22281, III ixtisas qrupu üzrə 30261, IV ixtisas qrupu üzrə isə 13220 nəfər sənəd verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR