Mahmud Əhmədinejad: “İrana Qərb deyil, yalnız İsrail hücum etmək istəyir”

Mahmud Əhmədinejad: “İrana Qərb deyil, yalnız İsrail hücum etmək istəyir”
# 31 may 2012 02:31 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İran İsrailin nüvə obyektinə hücum etməsindən qorxmur”. APA-nın məlumatına görə, bunu İran prezidenti Mahmud Əhmədinejad deyib. O bildirib ki, İrana Qərb deyil, yalnız İsrail hücum etmək istəyir: “Əgər İsrail İrana hücum etməsə, heç bir problem olmayacaq. İran uranı 20% zənginləşdirməyi dayandırmayacaq. Uranı 20% zənginləşdirdiyi üçün İrana təyziq göstərirlər. Halbuki, özlərinin atom bombası var. Kim daha təhlükəlidir? Qərb yoxsa İran? Tehranın 20% zənginləşdirilən urandan sülh məqsədləri üçün istifadə etməsinə etiraz edənlər bunun səbəbini izah etsinlər. Beynəlxalq qanunlara əsasən İranın sülh məqsədləri üçün uranı 20% zənginləşdirməyə haqqı var”. M. Əhmədinejad Suriya məsələsinə də toxunaraq, İranın bu ölkələyə heç bir silah göndərmədiyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR