İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri Lətif Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada səfərdə olub
06 iyun 2012 14:46 (UTC +04:00)
Bakı – APA. İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri Lətif Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 21-dən iyunun 5-dək Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində, Vladimir vilayətində, Tatarıstan, Başqırdıstan və Udmurtiya respublikalarında yerləşən polis məntəqələrində, istintaq təcridxanalarında və həbsxanalarda monitorinq keçirib. L. Hüseynovun APA-ya verdiyi məlumata görə, monitorinqlərdə polis tərəfindən saxlanılmış şəxslərlə rəftar, həbs yerlərindəki şərait və istintaq təcridxanalarında tətbiq olunan rejim məsələlərinə xüsusi diqqət yetirilib.
Səfər zamanı nümayəndə heyəti Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin, ədliyyə naziri Aleksandr Konovalov və daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoyla görüşlər keçirib.
Görüşlərdə Rusiya hüquq-mühafizə orqanlarının və pentensiar müəssisələrinin fəaliyyəti, işgəncə və pis rəftarla bağlı cinayət işləri üzrə araşdırmaların vəziyyəti, Rusiya hakimiyyət orqanları ilə İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinin arasında əməkdaşlığın daha da genişləndirilməsi yolları və digər məsələlər ətraflı müzakirə edilib.
L. Hüseynov bildirib ki, monitorinqin nəticələri barədə geniş məruzə hazırlanacaq və Rusiya hökumətinə təqdim olunacaq.

Sosial
AZAL Buxarest və Sofiyaya 99 avrodan aviabiletlər təklif edir
09:50
23 may 2024
Bakıda sıxlıq olan yollar - SİYAHI
08:24
23 may 2024
TƏBİB-in tətbiq etdiyi cərimələrdən toplanan vəsaitdən istifadə qaydası təsdiqlənib
18:42
22 may 2024
İyunun 2-də I və IV qruplar üçün qəbul imtahanları keçiriləcək
16:29
22 may 2024