General-leytenant Elçin Quliyev: “Son altı ayda dövlət sərhədində daha çox sərhəd pozma halları İran istiqamətində baş verib”

General-leytenant Elçin Quliyev: “Son altı ayda dövlət sərhədində daha çox sərhəd pozma halları İran istiqamətində baş verib”
# 14 iyul 2012 08:21 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. “Son altı ayda dövlət sərhədində daha çox sərhəd pozma halları İran istiqamətində baş verib. Qeyd etmək istərdim ki, son vaxtlar qeyd olunan istiqamətdə sərhəd pozulmalarında azalma tendensiyası da müşahidə olunur”.

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev deyib. O bildirib ki, bu yaxınlarda dənizdə İran istiqamətində əməliyyat keçirilib və alınmış müasir avadanlıqlar sayəsində sərhəd pozucuları aşkarlanıb: “Sərhədçi zabitlər şücaət göstərərək dənizdə həmin qayığı saxladılar və əməliyyat tədbirlərini sona çatdırdılar. 3 gün əvvəl Dövlət Gömrük Komitəsi ilə birgə də analoji əməliyyat keçirilib. Yaxın günlərdə həmin əməliyyatın detalları ictimaiyyətə açıqlanacaq. Yenə dövlət sərhədini pozaraq, İrandan Azərbaycan keçən 3 nəfər saxlanılıb. Hazırda zəruri istintaq tədbirləri aparılır”.

E. Quliyev deyib ki, digər istiqamətlərdə də sərhəd pozma halları olur. Amma bunlar davamlı baş vermir və yüksək narahatçılıq doğurmur: “Buna baxmayaraq, dövlət sərhədinin bütün istiqamətlərində zəruri işlər görülür ki, sərhədin mühafizəsi yüksək səviyyədə təmin olunsun”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR