Azərbaycan millət vəkilinin Ramil Səfərovun azadlığa buraxılması ilə bağlı fikirləri dünyanın 300-ə yaxın KİV-ində dərc olunub

Azərbaycan millət vəkilinin Ramil Səfərovun azadlığa buraxılması ilə bağlı fikirləri dünyanın 300-ə yaxın KİV-ində dərc olunub
# 14 sentyabr 2012 14:43 (UTC +04:00)
APA-nın məlumatına görə, bu KİV-lər arasında “Wall Street Journal”, “Boston Business Journal”, “Bloomberg”, “Telegraph India”, “The Herald”, “News Times”, CNBS, “Daily Herald”, “Japan Times” və digərləri var.

E. Süleymanov açıqlamalarında Ramil Səfərovun azadlığa buraxılmasından sonra artan tənqid və düşmənçiliyə görə narahatlığını bildirib. “Biz Ermənistanda tamamilə qanuni ekstradisiyanı və bunun ardınca əfv fərmanını ittiham edən zorakı reaksiyalara görə ciddi narahatıq. Ermənilər beynəlxalq qanundan təmam kənar üsullarla qisasa çağırırlar”, - deyə E. Süleymanov açıqlamalarında qeyd edib.

E. Süleymanovun sözlərinə görə, R. Səfərovla bağlı polemika İrəvanın Dağlıq Qarabağ münaqişəsindəki məsuliyyətini sarsıtmaq və Azərbaycanın təqribən 20 faiz ərazisini qeyri-qanuni işğal etməsi faktına bəraət qazandırmaq riski daşıyır: “Bu cür təhlükəli günahkar axtarışı daha çox milli qəhrəmanlar və düşmənlər yaratmağa bənzəyir və bu, çətin ki, Qafqazdakı əhaliyə və sabitliyə töhfə versin”.

O, xatırladıb ki R. Səfərov Macarıstandan Azərbaycana hər iki ölkənin imzası olan “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Konvensiyaya müvafiq şəkildə qaytarılıb və ömrünün 8 ilini həbsxanada keçirdikdən sonra həmin Konvensiyanın 12-ci bəndinə əsasən azad edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR