Qəbələdə London Royal Filarmonik Orkestrinin konserti olub
30 iyul 2012 19:53 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov-APA. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində dünyanın ən məşhur orkestrlərindən biri olan London Royal Filarmonik Orkestrinin növbəti konserti olub. APA-nın məlumatına görə iyulun 30-da keçirilən “Viva İtaliya” adlı konsertdə səhnəyə çıxan Royal Filarmonik Orkestrin solistlərini, eləcə də İtaliyanın məşhur vokalçıları Marko Kinqarini (bariton), Françeska Patanenini (soprano), Yusif Eyvazovu (tenor) və Səbinə Əsədovanı (messo-soprano) italiyalı dirijor Klaudio Vandelli müşayiət edib. İki hissədən ibarət konsertdə Avropanın məşhur bəstəkarları olan J.Bizenin, U.Cordanonun, P.Maskanyinin, A.Ponkyellinin, C.Verdinin, C.Rossininin, F.Çileanın əsərləri səsləndirilib.
Həmin gün “Qafqaz Resorte” otelində keçirilən kamera musiqisi axşamında çıxış edən pianoçu, festivalın bədii rəhbəri, xalq artisti, “Şöhrət” ordenli Fərhad Bədəlbəyli və Xalq artisti Murad Adıgözəlzadəni violonçeldə “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru və festivalın bədii rəhbəri olan Dmitri Yablonski müşayiət edib. Tanınmış musiqiçilər tamaşaçılara rus bəstəkarı Sergey Raxmaninovun əsərlərini təqdim ediblər.

İncəsənət
Fidan Hacıyevanın I Beynəlxalq Opera Festivalı çərçivəsində Gəncə Dövlət Filarmoniyasinda konserti olub - FOTO
22:38
3 may 2024
“Urbanda görüşərik” layihəsi çərçivəsində Məhəmməd Füzuli yad edilib - FOTO
23:41
2 may 2024
"Gəncədən Bakıya" layihəsi çərçivəsində növbəti konsert keçirilib
15:10
1 may 2024
Azərbaycan Dövlət Rəqs Ansamblı beynəlxalq festivalda qalib olub
15:42
30 aprel 2024