Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə müraciət edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə müraciət edib
# 12 iyun 2012 08:27 (UTC +04:00)
ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanğın təhlükəsi gözlənilən ərazilərdə 708 kilometr uzunluğunda yanğın əleyhinə mineral zolaqların çəkilməsinə və əvvəlki illərdə çəkilmiş 645 kilometr köhnə zolaqların təmir edilməsi işlərinə başlanılıb.

ETSN-in mərkəzi və yerli qurumları tərəfindən baş verə biləcək təhlükənin qarşısını almaq üçün Meşə Mühafizəsi və Bərpası Müəssisələri texniki avadanlıqlarla təchiz olunub, növbətçiliklər təşkil edilib, yerlərdə taxıl məhsullarının biçini zamanı fermer və torpaq mülkiyyətçiləri ilə izahat işləri aparılmaqla yanaşı, bir çox meşəətrafı ərazilərdə minerallaşdırılmış zolaqların yaradılması üçün müvafiq tədbirlər görülüb.

Qabaqlayıcı tədbirlərin nəticəsi olaraq respublika ərazisində meşə yanğını hadisələrinin sayı əvvəlki illərə nisbətən azalaraq minimuma endirilib. Bununla belə, bəzi fermer təsərrüfatları və fiziki şəxslər tərəfindən taxıl biçinindən sonra kövşənliklərin, mülkiyyətçilərin pay torpaqlarına daxil olan ərazilərdəki kolluqların, yol kənarlarında mövcud olan yaşıl bitki örtüyünün yandırılması hallarına yol verilir. Bunun nəticəsində də torpağın humus qatının keyfiyyət göstəricilərinin çox ciddi şəkildə pozulması ilə yanaşı, bir sıra hallarda dövlət meşə fonduna daxil olmayan, lakin ətraf mühitin sabitliyinin təmin olunmasında əvəzsiz əhəmiyyət kəsb edən yaşıllıqlar korlanır.

ETSN havaların isti keçməsi ilə əlaqədar əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR