Avropa Birliyinin sanksiya tətbiq etdiyi İranın fiziki şəxslərinin tam siyahısı açıqlanıb - SİYAHI

Avropa Birliyinin sanksiya tətbiq etdiyi İranın fiziki şəxslərinin tam siyahısı açıqlanıb - <font color=red>SİYAHI</font>
# 26 mart 2012 15:12 (UTC +04:00)
APA-nın məlumatına görə, bu qərarla həmin şəxslərin Avropada bütün bank hesabları və əmlakı dondurulacaq və onlara Avropa ölkələrinə səfər etməsi üçün viza verilməyəcək. Eləcə də İranın 61 dövlət məmuruna tətbiq edilmiş sanksiyanın müddəti daha bir il uzadılıb.

AB-nin yeni sanksiyasına məruz qalan şəxslərin tam siyahısı:

1. İzzətulla Zərqami (IRIB dövlət teleradiosunun rəhbəri);
2. Rza Tağıpur (İranın informasiya texnologiyaları və kommunikasiya naziri);
3. Turəc Kazımi (İran Kiber Polis İdarəsinin sədr müavini);
4. Ayətullah Sadiq Amoli Laricani (İran Ali Məhkəməsinin sədri);
5. Əsgər Mirhicazi (İranın ali dini liderinin ofisinin təhlükəsizlik və siyasi işlər üzrə müavini);
6. Əli Səidi (İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyinin İran İslam İnqilab Keşikçiləri Korpusundakı (SEPAH) nümayəndəsi);
7. Məhəmmədəli Ramin (İran İslamı İrşad və Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin sabiq müavini);
8. Solət Murtəzəvi (İranın daxili işlər nazirinin siyasi işlər üzrə müavini);
9. Qulamrza Rəzvani (Gilan valisinin müavini);
10. Malik Əjdər Şərifi (Şərqi Azərbaycan vilayətinin prokuroru);
11. Musa Xəlilullahi (Təbriz şəhərinin prokuroru);
12. Əli Fərhadi (Kərəc şəhərinin prokuroru);
13. Əli Rizvan Mənəş (Kərəc prokurorunun müavini);
14. Qulamhüseyn Ramazani («SEPAH»ın təhlükəsizlik işləri üzrə komandanlarından biri);
15. Məhəmməd Sadiqi («SEPAH»ın komandanlarından biri);
16. Rza Cəfəri (İran Ali Məhkəməsinin informasiya cinayətkarlığı üzrə şöbəsinin müdiri);
17. Bəhram Rəştə Əhmədi (Tehran şəhər prokurorunun həbsxanalar üzrə müavini və Şəhid Qüds adlı məhkəmə kompleksinin sədri).
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR