Norveç hökuməti neft sənayesi işçilərinin həmkarlar ittifaqına tətil keçirməsini qadağan edib

Norveç hökuməti neft sənayesi işçilərinin həmkarlar ittifaqına tətil keçirməsini qadağan edib
# 10 iyul 2012 04:45 (UTC +04:00)
Bakı-APA. Norveç hökuməti neft sənayesi işçilərinin həmkarlar ittifaqının bu günə teyin etdiyi tətilin keçirməsini qadağan edib.
APA-nın gazeta.ru saytına istinadən verdiyi xəbərə görə, tətilin keçirilməsi Norveçin dəniz şelfində neft hasilatının tamamilə dayanmasına gətirib çıxaracaqdı. Neftçilər maaşların, pensiyaların artırılmasını və iş şəraitinin yaxşılaşmasını tələb edirlər. Lakin Norveçin Neft Sənayesi Assosiasiyası işçilərin tələblərini əsassız sayıb. Bu ölkənin qanunlarına görə, hökumət neft sənayesində tətillərin keçirilməsini qadağan edə bilər. Norveçin əmək naziri bildirib ki, tətillərin qadağan olunması ölkənin dövlət maraqlarının müdafiəsindən irəli gəlir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR