Dow Jones indeksi 0,7%, S&P 500 0,5%, Nasdaq 0,6% yüksəlib

Dow Jones indeksi 0,7%, S&P 500 0,5%, Nasdaq 0,6% yüksəlib
# 03 sentyabr 2012 07:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Avqustun 31-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 13 091 bəndədək, S&P 500 0,5% - 1 407 bəndədək, Nasdaq 0,6% - 3 067 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin yüksəlməsinə Federal Ehtiyat Sisteminin rəhbəri Ben bernankenin bəyanatı təsir edib. Belə ki, avqustun 31-də B.Bernanke çıxışında bəyan edib ki, iqtisadi vəziyyət hələ də qənaətbəxş deyil və FES zərurət yarananda iqtisadiyyata əlavə dəstək verməyə hazırdır.

Avropa fond bazarlarında avqustun 31-də FTSE 100 indeksi 0,1% - 5 712 bəndədək enib, Almaniya DAX-ı 1,1% - 6 971 bəndədək, Fransa CAC-40-ı 1,0% - 3 413 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 2,1% artaraq 1 693,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2579 (+0,5%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR