Odessada GUAM ölkələrinin pulların yuyulması problemi ilə bağlı beynəlxalq seminarı keçirilib

Odessada GUAM ölkələrinin pulların yuyulması problemi ilə bağlı beynəlxalq seminarı keçirilib
# 24 sentyabr 2012 09:25 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA-Economics. Odessa (Ukrayna) şəhərində GUAM üzvü olan ölkələrin pulların yuyulması problemi ilə bağlı beynəlxalq seminarı keçirilib.

APA-Economics”in GUAM-ın saytına istinadən xəbərinə görə, tədbir BMT-nin Narkotiklər və cinayətkarlıqla mübarizə İdarəsinin GUAM Katibliyi ilə əməkdaşlıq layihəsi çərçivəsində və ABŞ-ın Ukraynadakı səfirliyinin dəstəyi ilə baş tutub.

Seminar cinayət yolu ilə əldə olunmuş gəlirlərin leqallaşdırılmasına qarşı mübarizədə qurumlararası qarşılıqlı fəaliyyətin milli mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinə həsr olunub. Tədbirdə GUAM ölkələrinin maliyyə kəşfiyyatı, daxili işlər, vergi xidmətləri, prokurorluq və məhkəmə orqanlarının nümayəndələri, ABŞ, Böyük Britaniya, İtaliya, Litva və Macarıstanın, eləcə də Cənub-Şərqi Avropa hüquq-mühafizə orqanları Mərkəzinin (SELEC) və Avropa Birliyinin Moldova və Ukraynaya sərhəd yardımı missiyasının ekspertləri iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR