Azərbaycan paytaxtında Dənizkənarı Bulvarın genişləndirilməsinə 5 milyon manat ayrılıb

Azərbaycan paytaxtında Dənizkənarı Bulvarın genişləndirilməsinə 5 milyon manat ayrılıb
# 27 aprel 2012 15:47 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, Bakı şəhərində Dənizkənarı Bulvarın genişləndirilməsi ilə bağlı aparılan yenidənqurma və abadlaşdırma işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR