İxtisasartırma təhsili proqramlarının qiymətləndirilməsi məqsədilə komissiya yaradılıb

İxtisasartırma təhsili proqramlarının qiymətləndirilməsi məqsədilə komissiya yaradılıb
# 15 oktyabr 2012 11:28 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Azərbaycanda ixtisasartırma təhsili proqramlarının qiymətləndirilməsi və tətbiqinə icazə verilməsi ilə bağlı işlərin yerinə yetirilməsi üçün komissiya yaradılıb. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan Müəllimlər İnstitutu və onun filialları, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti və fəaliyyətinə icazə verilmiş digər əlavə təhsil müəssisələri məktəbəqədər, ümumi, ilk peşə ixtisas və məktəbdənkənar təhsil müəssisələrinin rəhbər və pedaqoji kadrları üçün hazırladıqları ixtisasartırma təhsili proqramlarını qiymətləndirmədən keçirmək üçün nazirliyin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə təqdim edə bilərlər. Bunun üçün müəyyən edilən müddət bu il dekabrın 29-dəkdir.

Qeyd edək ki, “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq rəhbər və pedaqoji kadrların ixtisasartırma təhsili modul-kredit əsaslı yeni model üzrə həyata keçirilməlidir. İxtisasartırma təhsilində yeni modelə keçidi təmin etmək məqsədi ilə Təhsil Nazirliyi tərəfindən “İxtisasartırma təhsilinin Kurikulum Çərçivəsi və ixtisasartırma təhsili proqramlarının qiymətləndirilməsinə dair təlimatın təsdiq edilməsi barədə” əmr aprelin 18-də imzalanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR