Beynəlxalq axtarışda olan azərbaycanlı Tatarıstanda yaxalanıb

Beynəlxalq axtarışda olan azərbaycanlı Tatarıstanda yaxalanıb
# 24 may 2012 12:01 (UTC +04:00)
APA-nın xəbərinə görə, Azərbaycan hüquq-mühafizə orqanları may ayının əvvəlində özünü vəzifəli şəxs kimi təqdim edərək dələduzluq əməli törətməkdə günahlandırılan Ramil Pirverdiyevin yaxalanması tələbi ilə İnterpola müraciət edib. R. Pirverdiyev 2008-2010-cu illərdə mütəşəkkil cinayətkar dəstənin tərkibində fəaliyyət göstərib və özünü Milli Təhlükəsizlik Nazirliyinin zabiti kimi təqdim edərək vətəndaşları işə düzəltmək vədi ilə onlardan 360 min dollar pul alıb. Mayın 23-də Tatarıstan Daxili İşlər Nazirliyi və İnterpolun səyləri ilə R. Pirverdiyevin qaldığı yer müəyyənləşdirilib və o, saxlanılıb. Onun Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR