Suriya ilə bağlı yeni qətnamə layihəsi avqustun 2-də BMT-nin Baş Assambleyasında səsverməyə çıxarılacaq
31 iyul 2012 21:35 (UTC +04:00)
Bakı-APA. Səudiyyə Ərəbistanı hazırladığı və qərb dövlətlərinin dəstəklədiyi Suriya ilə bağlı yeni qətnamə layihəsi BMT-nin Baş Assanbleyasında avqustun 2-də səsverməyə çıxarılacaq.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qətnamə layihəsində Suriya hökumətindən ağır hərbi texnikadan istifadə olunmaması və yaşayış məntəqəsindən hərbiçilərin çıxarılması tələb olunur. Bu tələblər Böyük Britaniyanın iyulun 19-da BMT-yə təqdim etdiyi və Rusiya, Çin tərəfindən rədd edilən qətnamədə əksini tapmışdı.
Qeyd edək ki, BMT-nin Təhlükəsizlik Şurasından fərqli olaraq Baş Assambleyasının qərarları yalnız tövsiyə xarakteri daşıyır və sanksiyaların tətbiq olunmasına təsir göstərmir.

Asiya
Helikopter qəzasında həlak olan İran prezidenti və digərlərinin cənazəsi Təbrizə göndərilib, axtarışlar başa çatıb - VİDEO
10:08
20 may 2024
Məhəmməd Möhbər İranın prezidenti səlahiyyətlərini icra edəcək
09:44
20 may 2024
İran KİV: İran Prezidenti və heyəti helikopter qəzasında həlak olub
08:04
20 may 2024
Qızıl Aypara Cəmiyyəti: Helikopterin qalıqları tapılıb, lakin sərnişinlərin sağ olmasına dair heç bir əlamət yoxdur - YENİLƏNİB-1 - VİDEO
07:49
20 may 2024