FHN Mingəçevirdə əməliyyat görüntüləri yayıb - VİDEO

FHN Mingəçevirdə əməliyyat görüntüləri yayıb - VİDEO
# 20 may 2024 11:58 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Mingəçevir şəhəri, Həzi Aslanov küçəsində yerləşən mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə alpinist ləvazimatlarından istifadə etməklə pəncərədən daxil olaraq 1933-cü il təvəllüdlü Ş.Baxşəliyevanı xilas edərək ailə üzvlərinə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR