İş adamını qətlə yetirməkdə təqsirləndirilən şəxslər kassasiya şikayəti veriblər

İş adamını qətlə yetirməkdə təqsirləndirilən şəxslər kassasiya şikayəti veriblər
# 01 avqust 2012 11:04 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apelyasiya Məhkəməsində iş adamını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Nemət Abdullayev və Samirə Əzizovanın apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin vəkilləri məhkəmənin ilkin baxış iclasından kassasiya şikayəti verdiklərini bildiriblər. Bunun üçün də proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər “Qayğı mənzil xidməti” kooperativinin təsisçisi Xanbəyi Zamanovu qətlə yetiriblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N. Abdullayev 14 il, S. Əzimova isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmin hökmdən isə apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsində keçirilən ilk proses zamanı təqsirləndirilən şəxslər məhkəmənin istintaqla aparılması barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etmədiyi üçün qərardan kassasiya şikayəti verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR