Azərbaycan hərbçiləri bir sıra tədbirlərdə iştirak edəcəklər

Azərbaycan hərbçiləri bir sıra tədbirlərdə iştirak edəcəklər
# 02 iyul 2012 08:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra tədbirlərdə iştirak edəcəklər. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İyulun 2-dən 11-dək Qazaxıstanın Astana şəhərində MDB hərbçilərinin IX spartakiadası, Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, iyulun 2-dən 27-dək Çexiyanın Vişkov şəhərində Əməliyyat atıcılığı kursu, iyulun 2-dən 13-dək İsveçrənin Andermat şəhərində Yay dağ təlimi üzrə təməl kursu, iyulun 16-dan 27-dək isə Yay dağ təlimi üzrə təkmilləşdirmə kursu, Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən iyulun 4-dən dekabrın 12-dək Hürt şəhərində Verifikasiya heyəti üçün alman dili kursu, iyulun 5-dən 8-dək İstanbul şəhərində Beynəlxalq Ədliyyə Təbabəti Akademiyasının 22-ci konqresi, Azərbaycan-ABŞ iş planına əsasən iyulun 9-dan 13-dək Moldovanın paytaxtı Kişinyov şəhərində Qara dəniz və Xəzər dənizi üzrə təhlükəsizlik məsələlərinə dair 7-ci simpozium, iyulun 9-dan 20-dək İtaliyanın Latina şəhərində Qüvvələrin hərəkətinin və açılmasının idarə edilməsi sistemi (ADAMS) üzrə təməl kurs keçiriləcək.

Bundan başqa, NATO-nun İzmirdəki Hərbi Hava Qüvvələri Komponent Komandanlığının Mobil Təlim Qrupu tərəfindən iyulun 9-dan 13-dək Bakıda, Azərbaycan Hərbi Hava Qüvvələrinin zabitləri üçün təlim kursu təşkil olunacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR